Dəniz Yılmazın iştirak etdiyi oyunda komandası 1 xal qazandı

23:52 26-02-2018
Dəniz Yılmazın iştirak etdiyi oyunda komandası 1 xal qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.
Sportmedia.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Başakşəhər”lə üzləşib. Matç 1:1 hesabı ilə başa çatıb.
Dəniz də bu oyunun iştirakçısı olub. O, görüşün 60-cı dəqiqəsində meydana çıxıb.
“Gənclərbirliyi” geridə qalan turlarda topladığı 26 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.


.
.
.
0.38434505462646