Rüfət Dadaşov: "Berti çox ciddi adam olsa da..."

23:40 28-02-2018
Rüfət Dadaşov: "Berti çox ciddi adam olsa da..."

"Foqts oyuna çox əhəmiyyət verən keçmiş məktəbin nümayəndəsi idi. Çox diqqətlə çalışırdı və rahat adam idi".
Sportmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının keçmiş hücumçusu Rüfət Dadaşov deyib.
"Dinamo" klubunda şərəfini qoruyan hücumçu Almaniya mətbuatına müsahibə verib. O, millimizin keçmiş baş məşqçisi Berti Foqts haqda danışıb: "Berti çox ciddi adam olsa da, onunla hər zaman məşqlərdə zarafatlar edə və əylənə bilərsiniz".
Foqtsun gedişindən sonra Dadaşov da millimizdən kənarda qalıb. O, "Almaniyalı sizin "sponsorunuz" idi?" sualını belə cavablandırıb: "Siz belə düşünə bilərsiniz. Foqts hələ ilk məşq zamanı mənimlə bağlı çox şey düşündüyünü demişdi. Onun dönəmində mütəmadi olaraq milliyə dəvət alırdım. Bu mənə özünəinam verirdi".
Hücumçu yenidən milli komandamızın şərəfini qorumaq barədə düşünür: "Əlbəttə, tezliklə bir şans qazanmaq istəyirəm. Futbolçu üçün ölkəsinin şərəfini qorumaqdan yaxşı bir şey yoxdu. Çalışıram, milli komandaya qayıtmaq üçün əlimdən gələni edirəm".
26 yaşlı forvard "Ayntraxt"ın U-19 komandasında forma geyinən kiçik qardaşı Renat Dadaşov haqda da fikir bildirib: "Renat öz yaşıdları arasında ən yaxşılardan biridi. O, tezliklə toparlanmalıdı, çünki peşəkar müqavilə imzalayıb".


.
.
.
0.46501803398132