"Çelsi" Enrike ilə razılığa gələ bilmir

00:17 01-03-2018
"Çelsi" Enrike ilə razılığa gələ bilmir

İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” yeni baş məşqçi axtarışını davam etdirir.
Sportmedia.az xəbər verir ki, "Çelsi" Luis Enrike ilə danışıqlar aparsa da, hələlik bir nəticə əldə edilmir.
Buna səbəb isə ispaniyalı mütəxəssisin yüksək məbləğdə məvacib tələb etməsidi.
Belə ki, Luis Enrike "zadəganlar"dan "Barselona"da aldığı maaşı, yəni illik 16,5 milyon funt-sterlinq tələb edib. Lakin London təmsilçisi buna razılıq verməyib. Maraqlıdı ki, hazırkı baş məşqçi Antonio Kontenin illik məvacibi 9,5 milyon funt-sterlinqdi ki, italiyalı bununla klub tarixinin ən yüksək ödənişli çalışdırıcısıdı.
Əgər Luis Enrike tələb etdiyi məbləğdə endirim etməsə, "Çelsi" mövsümün sonunda başqa baş məşqçi ilə razılığa gəlməli olacaq.


.
.
.
0.39810705184937