Ulduz futbolçu vətənində əməliyyat olunacaq

10:02 01-03-2018
Ulduz futbolçu vətənində əməliyyat olunacaq

PSJ komandasının və Braziliya millisinin futbolçusu Neymar bu həftə vətənində əməliyyat olunacaq.
Sportmedia.az PSJ klubunun mətbuat xidmətinə istinadən bildirir ki, bu qərarı Paris klubunun və Braziliya yığmasının həkimləri qəbul ediblər.
Ulduz futbolçunu Braziliya millisinin həkimi Rodriqo Lasmar əməliyyat edəcək. Ona PSJ-dən olan müətəxssis Jerar Selen kömək edəcək.
Neymar Fransa çempionatının 27-ci oyununda, "Marsel"lə görüşün 77-ci dəqiqəsində dabanından xəsarət alıb. O, oyunu xərəkdə tərk edib.


.
.
.
0.54055380821228