"Xəzər-Lənkəran"ın sabiq baş məşqçisi həbs oluna bilər

14:18 01-03-2018
"Xəzər-Lənkəran"ın sabiq baş məşqçisi həbs oluna bilər

Türkiyəli tanınmiş futbol mütəxəssisi, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli həbs oluna bilər.
Sportmedia.az xəbər verir ki, bu haqda qardaş ölkə mətbuatı məlumat yayıb.
Bekə ki, həyat yoldaşı Evin Elçin 69 yaşlı mütəxəssisdən şikayət edib.
Həyat yoldaşı Mustafa Dənizlinin pul qarşılığında İstanbuldakı evlərini girov qoyduğunu və onun imzasını saxtalaşdırdığını iddia edib. Təcrübəli məşqçinin qızının ailəsi çətin vəziyyətdə olduğu üçün belə bir addım atdığı, ona bu işdə bank əməkdaşının yardım etdiyi ərizədə öz əksini tapıb.
Artıq İstanbul Ədliyyə Cəza Məhkəməsi iddianaməni qəbul edib. Bu ittihamla Mustafa Dənizlini 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Mustafa Dənizli 2013-14 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran” klubunu çalışdırıb.


.
.
.
0.40271401405334