Stiven Pinar karyerasını sonlandırdı

15:08 01-03-2018
Stiven Pinar karyerasını sonlandırdı

Cənubi Afrika Respublikasının əfsanəvi futbolçularından Stiven Pinar 35 yaşında karyerasını sonlandırdığını açıqladı.
Sportmedia.az xəbər verir ki, karyerası ərzində “Borussiya” (Dortmund), “Everton”, “Tottenhem”, “Sanderlend” kimi komandaların formasını geyinən cinah oyunçusu sonuncu dəfə CAR təmsilçisi “Bidvest Vits” klubunun şərəfini qoruyurdu. Həmçinin, Pinar CAR yığmasının heyətində 62 oyuna 3 qol və 5 məhsuldar ötürmə edib.
Stiven Pinar karyerasının zirvəsini “Everton” klubunda yaşayıb. O, Liverpul klubunun forması ilə 229 oyuna 26 qol vurub və 48 məhsuldar ötürmə edib. “Everton” azarkeşləri tərəfindən klubun ən əfsanəvi futbolçularından biri kimi qiymətləndirilən əfsanəvi vinqer bu gün sosial media vasitəsi ilə yayımladığı videoda karyerasını sonlandırdığını açıqlayıb.


.
.
.
0.46773290634155