Kuarejma: "Sportinq"ə qayıtmaq istəmirəm"

16:29 01-03-2018
Kuarejma: "Sportinq"ə qayıtmaq istəmirəm"

“Beşiktaş”ın portuqaliyalı oyunçusu Rikardo Kuarejma ölkəsinin əsas liqasında mübarizə aparan “Porto” və “Sportinq” (Lissabon) ilə bağlı açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, futbola “Sportinq”in uşaq məktəbində başlayan ulduz futbolçu keçən dönəm klubun prezidenti Bruno de Karvalyo ilə görüşdüyünü etiraf edib.
“Beşiktaş”da xoşbəxt olduğunu bildirən cinah oyunçusu bunları deyib: “Bruno Karvalyo həyatını kluba həsr edən insandı. Onunla görüşdüm və mənimlə bağlı planlarını sevdim. Lakin, hal-hazırda geri dönmək istəmirəm. “Beşiktaş”la gedə biləcəyim ən yaxşı yerə qədər getmək istəyirəm. O da bunu başa düşdü”.
“Porto” haqqında da danışan Kuarejma baş məşqçi Serjiu Konseysayı tərifləyib: “Serjiu Konseysay çox uğurlu baş məşqçidi. Peşəkar biridi. Hər zaman açıq sözlüdü və klubu yaxşı tanıyır. Oyunçularla birlikdə sonuna qədər gedən və onlarla yaxşı rəftar edən bir mütəxəssisdi. Bu il çempion olacağıq, əksinə inanmıram”.


.
.
.
0.45377397537231