U-17 (qızlar) yoldaşlıq oyunları keçirəcək

19:21 01-03-2018
U-17 (qızlar) yoldaşlıq oyunları keçirəcək

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Sportmedia.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək. Komandalar martın 6-da saat 16:00-da Dalğa Arenada, martın 8-də isə saat 11:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaq.


.
.
.
0.59339308738708