Cennaro Qattuzo: “Mən yaxşı baş məşqçi deyiləm”

14:28 02-03-2018
Cennaro Qattuzo: “Mən yaxşı baş məşqçi deyiləm”

İtaliya A Seriyasında mübarizə aparan “Milan”ın baş məşqçisi Cennaro Qattuzo maraqlı açıqlamaları ilə yadda qalıb.
Sportmedia.az xəbər verir ki, İtaliya Kubokunda “Latsio”nu mübarizədən kənarlaşdıraraq finala adlayan və ölkə çempionatının son turlarında uğurlu çıxış edən “qırmızı-qaralılar”ın çalışdırıcısı yaxşı məşqçi olmadığını bildirib:
“Mən yaxşı baş məşqçi deyiləm. Dişimi sıxıram və bir şeylər öyrənməyə çalışıram. Son 20 gündə mənim bir rəhbər olduğumu deyirlər. Xeyr, mən rəhbər deyiləm. Mən bundan sonra daha çox şey öyrənməliyəm”.
Son 13 oyunda məğlub olmayan “Milan”ın 40 yaşlı baş məşqçisi: “Mən bu işi sevirəm. Sanki yuxudayam. Burada olmaq istəyirəm, çünki bura mənim evimdi. Bu yaşda belə bir vəzifə verildi mənə. Özümü şanslı hiss edirəm. Mənim heç bir qorxum yoxdu”.


.
.
.
0.40776991844177