Balotellinin meneceri: “Onun qiyməti 100 milyon avrodur”

19:32 02-03-2018
Balotellinin meneceri: “Onun qiyməti 100 milyon avrodur”

Fransa 1-ci Liqasında mübarizə aparan “Nitsa” klubunun futbolçusu Mario Balotelli mövsümün sonunda komandadan ayrıla bilər.
Sportmedia.az xəbər verir ki, italiyalı forvardın meneceri Mino Raiola verdiyi açıqlamada bildirib:
“Balotelli dünyanın ən yaxşı 10 hücumçusundan biridi və İtaliyanın ən yaxşısıdı. Onun dəyəri 100 milyon avrodu, lakin mövsümün sonunda azad agent olacaq. İndidən İtaliya və İspaniya klublarının nümayəndələri ilə görüşdüm. “Yuventus”, “Roma”, “Napoli” və “İnter”in nümayəndələri ilə danışıqlar apardıq”.
Xatırladaq ki, Balotelli bu mövsüm 29 oyuna 21 qol vurub.


.
.
.
0.39837598800659