İspaniyada video hakim texnologiyası tətbiq ediləcək

21:49 02-03-2018
İspaniyada video hakim texnologiyası tətbiq ediləcək

İspaniya Avropada müzakirə obyekti olan video hakim texnologiyası ilə bağlı qərar qəbul edib.
Sportmedia.az xəbər verir ki, Almaniya, İtaliya və İngiltərədən sonra İspaniya da video hakim texnologiyasını (VAR) təqbiq etmək qərarına gəlib.
İspaniya Futbol Federasiyası gələn mövsümdən VAR sistemindən istifadə ediləcəyini bildirib.
Qeyd edək ki, bu sistem mart ayından etibarən “offline” şəkildə yoxlanılacaq. Gələn mövsümdən etibarən isə tətbiq olunacaq.


.
.
.
0.40076589584351