"Milan" klubunun zərərləri 39.4 milyon avro azalıb

15:23 03-03-2018
"Milan" klubunun zərərləri 39.4 milyon avro azalıb

İtaliyanın "Milan" klubunun 2017-ci ildə üzləşdiyi zərərlər əvvəlki illə müqayisədə 39,4 milyon avro azalıb.
Sportmedia.az xəbər verir ki, bu haqda klubun yaydığı maliyyə hesabatında bildirilir.
Həmin sənədə əsasən, keçən il "qırmızı-qaralılar"ın zərərləri 22,3 milyon avro təşkil edib. Əvəzində klubun maliyyə dövriyyəsi 2,6 milyon avro artaraq 110,8 milyon avroya çatıb. Ümumi borc isə 178,3 milyon avrodan 165,3 milyon avroya enib.
"Elliott Group"un istiqrazlar üzrə ödəmələri 2,5 milyon avrodan 9,8 milyon avroya yüksəlib. Lakin "Milan" rəhbərliyi tərəfindən "Bank of America Merrill Lynch"in yardımı ilə bu istiqrazın yenidən maliyyələşdirilmə məsələsi həll edilib.
Qeyd edək ki, "Milan" İtaliya A Seriyasında 26 turdan sonra 44 xalla 7-ci pillədə qərarlaşıb. "Qırmızı-qaralar" İtaliya Kubokunda finala, Avropa Liqasında 1/8 finala yüksəlib.


.
.
.
0.38984107971191