Simeone: “Lionel Messini dayandırmaq üçün bir strategiya yoxdu"

19:41 03-03-2018
Simeone: “Lionel Messini dayandırmaq üçün bir strategiya yoxdu"

Sabah İspaniya La Liqası çərçivəsində keçiriləcək “Barselona” – “Atletiko” (Madrid) oyunundan əvvəl paytaxt təmsilçisinin baş məşqçisi Dieqo Simeone açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, La Liqada çempion olmağın imkansız olduğunu deyən təcrübəli mütəxəssis:
“Son 14 ilə baxsaq, “Real” (Madrid) və “Barselona”nın böyük üstünlük qurduğunu görərik, sadəcə “Vilyareal”ın bir ikinciliyi var. La Liqada çempion olmaq imkansızdı, lakin biz bunu bacardıq. Neymar komandadan getdikdən sonra “Barselona” yeni oyun formatına keçdi və indiyədək məğlubiyyətsiz davam edir. Valverdenin komandaya verdiyi faydanı və burda əldə etdiyi uğurları qeyd etmək lazımdı. Biz də bazar günü möhtəşəm bir mövsüm keçirən komandaya qarşı oynayacağıq, lakin matçı kiçik detallar həll edəcək”.
Lionel Messiyə nəzarət etməyin mümkünsüz olduğunu vurğulayan argentinalı çalışdırıcı: “Lionel Messini dayandırmaq üçün bir strategiya yoxdu, ona nəzarət edə bilməzsiniz. Qarşılaşma zamanı müxtəlif vəziyyətləri bir araya gətirərək başqa bir oyunla qarşınızda ola bilər”.
Qeyd edək ki, “Barselona” – “Atletiko” matçı sabah Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.


.
.
.
0.3909010887146