İtaliya A Seriyasında bütün oyunlar təxirə salındı

17:20 04-03-2018
İtaliya A Seriyasında bütün oyunlar təxirə salındı

İtaliya A Seriyasının 27-ci turu çərçivəsində bu gün keçirilməli olan 7 matçının hamısı "Fiorentina"nın kapitanı Davide Astorinin ölümünə görə təxirə salınıb.
Sportmedia.az xəbər verir ki, bu haqda "Football Italia" məlumat yayıb.
Bu gün 27-ci tur çərçivəsində "Milan" – "İnter" derbisi ilə yanaşı "Cenoa" — "Kalyari", "Udineze" — "Fiorentina", "Torino" — "Krotone", "Benevento" — "Verona", "Atalanta" — "Sampdoriya" və "Kyevo" — "Sassuolo" matçlarının keçirilməsi planlaşdırılırdı.


.
.
.
0.40082979202271