"Pesara"da ayrılıq

19:36 04-03-2018
"Pesara"da ayrılıq

İtaliya B Seriyasında mübarizə aparan “Peskara”nın baş məşqçisi Zdenek Zeman komandadan göndərilib.
Sportmedia.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.
Çex əsilli italiyalı mütəxəssis karyerası ərzində “Fənərbaxça”, “Napoli”, “Roma”, “Kalyari”, “Leççe”, “Beşia”, “Latsio” kimi klubları çalışdırıb.
70 yaşlı məşqçi keçən ilin fevral ayında komandanın başına gətirilsə də, klubun Seriya B-yə yuvarlanmasının qarşısını ala bilməyib.
Xatırladaq ki, “Peskara” çempioatda 28 turdan sonra 36 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


.
.
.
0.37520503997803