"Barselona"da İnyesta sıradan çıxıb

16:41 05-03-2018
"Barselona"da İnyesta sıradan çıxıb

İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın kapitanı Andres İnyesta sıradan çıxıb.
Sportmedia.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
Ulduz futbolçu La Liqanın 27-ci turunda “Atletiko” (Madrid) ilə (1:0) matçda zədələnib.
Əzələsi dartıldığı üçün qarşılaşmanın 36-cı dəqiqəsində əvəzlənən 33 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib. Həkimlər futbolçunun 3-4 həftə yaşıl meydanlardan kənar qalacağını bildiriblər. Bu isə o deməkdi ki, İnyesta La Liqada “Malaqa”, “Atletik” və “Sevilya” ilə, həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə cavab görüşünü buraxmalı olacaq.
Həmçinin, yarımmüdafiəçi İspaniya yığmasının martın 23-də Almaniya, 27-də isə Argentina ilə keçirəcəyi yoldaşlıq oyunlarında da iştirak edə bilməyəcək.


.
.
.
0.63677000999451