PSJ “Real”a, “Liverpul” “Portu”ya qarşı

11:09 06-03-2018
PSJ “Real”a, “Liverpul” “Portu”ya qarşı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.
Sportmedia.az xəbər verir ki, PSJ öz meydanında turnirin son qalibi “Real”la üz-üzə gələcək. “Santyaqo Bernabeu”da keçirilən ilk qarşılaşmada 1:3 hesabı ilə məğlub olan Paris təmsilçisi çətin durumdadır. “Liverpul” isə “Portu”nu qəbul edəcək. İlk görüşdə 5-0 qalib gələn ingilislər demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.
1/8 finalın cavab oyunları
23:45. PSJ (Fransa) – “Real” (İspaniya)
İlk oyun – 1:3
23:45. “Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya)
İlk oyun – 5:0


.
.
.
0.34264993667603