Dembele "Barselona"dan ayrılmaq istəyir

13:11 07-03-2018
Dembele "Barselona"dan ayrılmaq istəyir

Mövsümün əvvəlində “Borussiya”dan (Dortmund) “Barselona”ya transfer olan, lakin ümidləri doğrultmayan Usman Dembele komandadan ayrılmaq istəyir.
Sportmedia.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
Zədə səbəbi ilə uzun müddət yaşıl meydanlardan kənarda qalan və “kataloniyalılar”ın forması ilə yalnızca 7 liqa matçında iştirak edən gənc futbolçunun “Arsenal”a getmək istədiyi bildirilir.
İddia edilir ki, “Barselona”nın Antuan Qrizmanla maraqlandığı ilə bağlı xəbərlərin yayılmasından sonra Dembelenin ümidi xeyli azalıb və komanda yoldaşlarına ayrılmaq istədiyini deyib.
Xatırladaq ki, transfer olduğu dönəmdə “Barselona” tarixinin ən bahalı transferi kimi tarixə düşən 20 yaşlı oyunçu bu mövsüm cəmi 11 oyunda iştirak edib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


.
.
.
0.604984998703