Qomis üçün 20 milyon avro

13:26 07-03-2018
Qomis üçün 20 milyon avro

Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray”ın futbolçusu Bafetimbi Qomis Çinə transfer ola bilər.
Sportmedia.az xəbər verir ki, bu haqda AMK qəzeti məlumat yayıb.
Bildirilir ki, fransalı hücumçu ilə “Quanqzou Evergrande” klubu maraqlanır. Bafetimbi Qomis üçün Çin təmsilçisinin 20 milyon avro ödəməyə hazır olduğu iddia edilir. Həmçinin, baş məşqçisi Fabio Kannavaro olan klubun forvardın özünə illik 10 milyon avro məvacib verməyi planlaşdırdığı qeyd edilir.
Xatırladaq ki, Bafetimbi Qomis Super Liqada 24 turdan sonra 24 qol vurub.


.
.
.
0.94942092895508