PSJ-nin prezidenti: "Qırmızı vərəqə oyunun taleyini həll etdi"

13:49 07-03-2018
PSJ-nin prezidenti: "Qırmızı vərəqə oyunun taleyini həll etdi"

Çempionlar Liqasında mübarizəni dayandıran PSJ-nin prezidenti Nəssir Əl-Xələfi dünən “Real”a (Madrid) qarşı keçirilən oyundan sonra açıqlamalar verib.
Sportmedia.az xəbər verir ki, klub prezidenti ilk öncə qarşılaşma haqqında danışıb:
“Məni ən çox meydançada bəzi oyunçularımızın reaksiyaları xəyal qırıqlığına uğratdı. Heç xoşbəxt deyiləm. İlk hissədə oyunda hakim tərəf biz idik, lakin qol vura bilmədik. Hər şey bundan ibarətdi. Bir qolla oyun dəyişəcəkdi. Verrattinin qırmızı vərəqə ilə cəzalanması matçın taleyini həll etdi”.
Baş məşqçi Unai Emerinin komandadan göndərilib-göndərilməyəcəyi ilə bağlı verilən suala Əl-Xələfi belə cavab verib: “Xeyr, hal-hazırda bunu fikirləşmək vaxtı deyil. Hər kəs çox məyusdu. Dəyişimlə bağlı daha sakit şəkildə düşünəcəyik”.
“Real”ın daha təcrübəli olduğunu vuğulayan klub rəhbəri: “İlk hissədə onlardan yaxşı oynadıq, lakin “Real” daha təcrübəli komandadı. Qoyduğumuz investisiyalara görə xöşbəxtik. Layihəmizə davam etmək istəyirik”.
Xatırladaq ki, il görüşdə PSJ üzərində 3:1 hesablı qələbə qazanan “Real” dünən keçirilən cavab matçında da qalib gələrək (2:1) dörddə bir finala vəsiqə qazanıb.


.
.
.
0.39725303649902