Əfqan Həmzəyev yeni vəzifəyə seçildi

15:50 07-03-2018
Əfqan Həmzəyev yeni vəzifəyə seçildi

Fevral ayının 23 və 24-də Macarıstanın paytaxtı Budapeştdə Avropa Mini Futbol Federasiyasının Baş Assambleyası keçirilmişdir.
Sportmedia.az xəbər verir ki, bir sıra vacib qərarların qəbul olunduğu toplantıda Azərbaycan Mini Futbol Assosiasiyası Avropa Mini Fubol Federasiyasına üzv qəbul olunmuşdur.
Bu toplantıda daha bir önəmli qərar qəbul edilmişdir ki, bu da bizi sevindirməyə bilməz. Belə ki, azərbaycanlı FİFA hakimi Əfqan Həmzəyev Avropa Mini Futbol Federasiyası Hakimlər Komitəsinin təlim və hazırlıq qrupuna rəhbər təyin edilmişdir. O bu komitədə yer alacaq 4 nəfərdən biri olacaq.
Əfqan Həmzəyevlə bağlı daha bir sevindirici xəbər Tunisin eyni adlı paytaxtından gəldi. Belə ki, mart ayının 1-də burada Dünya Mini Futbol Federasiyasının Ali toplantısında Əfqan Həmzəyev Dünya Mini Futbol Federasiyası Hakimlər Komitəsinin sədr müavini seçilmişdir. O bu komitədə Tunisdən olan sədr Moez Ben Salemlə yanaşı meksikalı Fernando Pena, monteneqrolu Nemanya Lyumoviç və tunisli Thamer Ben Salemlə birlikdə dünyada mini futbol hakimliyinin inkişafı üçün çalışacaqlar.


.
.
.
0.39686298370361