Yoldaşlıq oyunu 1 saat tez başlayacaq

17:52 07-03-2018
Yoldaşlıq oyunu 1 saat tez başlayacaq

Martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Sportmedia.az xəbər verir ki, “Mardan” stadionunda keçiriləcək qarşılaşmanın vaxtı dəyişdirilib.
Qarşılaşma, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Xatırladaq ki, daha öncə oyunun yerli vaxtla saat 20:00-da başlanması nəzərdə tutulmuşdu.


.
.
.
0.34686994552612