Rövnəq Abdullayev: "UEFA AFFA-ya yüksək etimad göstərir"

20:47 07-03-2018
Rövnəq Abdullayev: "UEFA AFFA-ya yüksək etimad göstərir"

Bu gün AFFA-nın növbəti hesabat konfransı keçirilib.
Sportmedia.az xəbər verir ki, konfransı giriş sözü ilə AFFA prezidenti Rövnəq Abullayev açıb. O, federasiyanın son bir ildə gördüyü işlərlə bağlı ümumi məlumat verib:
“UEFA AFFA-ya yüksək etimad göstərir. Bunda “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinin də rolu oldu.
Avropa Liqasının finalı Bakıda keçiriləcək. Bundan əlavə, ötən ildə yığmamıza yeni baş məşqçi gətirildi. Qurban Qurbanova uğurlar arzulayıram.
Keçən ildə xoşagəlməz hallar da oldu. Danışılmış oyunlarla bağlı bir neçə şəxsi ciddi cəzalandırdıq, digərlərini də nəzərdə saxlayırıq. Danışılmış oyunlara qarşı qanun çərçivəsində həmişə mübarizə aparacağıq”. (komanda.az)


.
.
.
0.41530704498291