“Kəpəz” – “Qəbələ”: 19-cu duel

11:26 08-03-2018
“Kəpəz” – “Qəbələ”: 19-cu duel

Martın 9-da Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.
Sportmedia.az xəbər verir ki, turun ilk qarşılaşması Gəncədə keçiriləcək. “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olacaq. Bu qarşılaşma rəqiblərin 19-cu dueli olacaq. İndiyədək yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar 18 dəfə görüşüb.
İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox – 7 qələbə qazanıb. 5 dəfə heç-heçə edən komandamız 6 matçdan xalsız ayrılıb. Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədir - 21:17. 10-cu dəfə “Kəpəz”in meydanında oynayacaq “Qəbələ” səfərdə 2 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və
4 dəfə meydanı xalsız tərk edib. Rəqib meydanında 10 qolu olan futbolçularımız öz qapısından 11 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodur. Onun hesabında 3 qol var. Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib.


.
.
.
0.54609608650208