“Matç ərzində üstün tərəf biz idik” - Poçettino

12:03 08-03-2018
“Matç ərzində üstün tərəf biz idik” - Poçettino

"3 dəqiqədə 2 səhv etdik və bu səbəbdən Çempionlar Liqasında mübarizəni dayandırdıq".
Sportmedia.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 finalında "Yuventus"a 1:2 hesabı ilə məğlub olduqları cavab matçından sonra deyib. Argentinalı mütəxəssis birinci qolu buraxdıqları vaxta kimi klubunun meydanda möhtəşəm oyun nümayiş etdirdiyini söyləyib: " Çox məyusuq, çünki biz "Yuventus"dan daha çox növbəti mərhələyə yüksəlməyə layiq idik. Oyun ərzində üstün tərəf biz idik. Çoxlu qol epizodu yaratmış olduq. "Yuventus" qapımıza iki və ya üç dəfə yaxınlaşdı. Onlar etdiyimiz səhvə görə bizi cəzalandırdı. Komandamla qürur duyuram. Amma nəticədə məğlub olduq".


.
.
.
0.56466197967529