PSJ gənc qolkiperə göz dikib

18:46 08-03-2018
PSJ gənc qolkiperə göz dikib

Fransa 1-ci Liqasında mübarizə aparan PSJ “Milan”ın gənc qapıçısı Canluici Donnarummanı heyətinə qatmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda “Tuttosport” məlumat yayıb.
İddia edilir ki, Paris təmsilçisi 19 yaşlı “çərçivə qoruyucusu” üçün 70 milyon avro ödəməyə hazırdı. Həmçinin, bildirilir ki, Donarumma da gələn mövsüm PSJ-də çıxış etmək istəyir.


.
.
.
0.32156896591187