Elektrik enerjisinə görə matç yarıda qaldı

10:22 09-03-2018
Elektrik enerjisinə görə matç yarıda qaldı

Futbol üzrə Türkiyə I Liqasında XXVI turun "Ankaragücü" - "Adanaspor" oyunu yarımçıq dayandırılıb.
Sportmedia.az xəbər verir ki, buna səbəb elektrik enerjisinin kəsilməsi olub. Ankarada "19 may stadionu"ndakı görüşün 10-cu dəqiqəsində şəhər şəbəkəsindən gələn elektirk enerjisi kəsildiyi üçün matça 10 dəqiqəlik fasilə yaranıb.
Generatorun işə düşməsindən sonra davam edən qarşılaşmanın 33-cü dəqiqəsində Yusif Abdioğlu "Ankaragücü"nü hesabda önə keçirib. Lakin 40-cı dəqiqədə generatorda da problem yarandığı üçün oyun təkrar dayanıb və baş hakim Bülent Birincioğlu klubları paltardəyişmə otağına göndərib.
Qaydalara əsasən, problem 20 dəqiqə ərzində aradan qaldırılmadığı üçün oyun yarımçıq qalıb. Görüş bu gün Bakı vaxtı ilə saat 15:30-dan etibarən qaldığı yerdən davam etdiriləcək.


.
.
.
0.55076599121094