"Neftçi" - "Keşlə" matçının biletləri satışda

15:15 09-03-2018
"Neftçi" - "Keşlə" matçının biletləri satışda

Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək "Neftçi” – "Keşlə” oyununun biletləri bu gün satışa çıxarılıb.
Sportmedia.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki "Neftçi" klubunun rəsmi fan-şopundan əldə etmək mümkündür.
Qeyd edək ki, martın 9-da "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.


.
.
.
0.44220590591431