"Bavariya"da yeni müqavilə

15:34 09-03-2018
"Bavariya"da yeni müqavilə

Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya" futbolçusu Coşua Kimmix ilə müqavilənin müddətini uzadıb.
Sportmedia.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
Yeni sazişə əsasən, 23 yaşlı müdafiəçi 2023-cü ilin yayına qədər Münhen təmsilçisinin şərəfini qoruyacaq. Almaniya millisinin də üzvü olan futbolçunun əvvəlki müqaviləsi 2020-ci ilin iyun ayında başa çatırdı.
Qeyd edək ki, Kimmix "Bavariya"ya 2015-ci ildə 8,5 milyon avro qarşılığında "Leytspiq" klubundan transfer olunub.


.
.
.
0.35951781272888