Yuri Maksimov: "Ola bilsin ki, bu, mənim son oyunum idi"

20:50 09-03-2018
Yuri Maksimov: "Ola bilsin ki, bu, mənim son oyunum idi"

Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə “Neftçi”yə uduzan (2:3) “Keşlə”nin baş məşqçisi Yuri Maksimovun oyunsonrası mətbuat konfransı keçirilib.
Sportmedia.az xəbər verir ki, ukraynalı mütəxəssis bu matçın "Keşlə"nin "sükanı arxasında" son oyunu ola biləcəyini deyib:
“Uşaqlar yaxşı oynadılar. İki dəfə hesabda geri düşsək də, tarazlığı bərpa etdik. Amma sonra 3-cü qolu buraxdıq. Öz səhvimi etiraf etmək istəyirəm. Deniz Silvanı dəyişməklə səhv etdim. O, zədə aldı, yorulduğunu hiss etdim. Son dəqiqələrdə qol buraxdıq. Günah məndədi. Futbolçular layiqli şəkildə mübarizə apardılar. Emosiyalarıma qapılıb, başqa sözlər demək istəmirəm. Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi. Hər birinizə “sağ ol” deyirəm”. (komanda.az)


.
.
.
0.43486094474792