Ufuk Budak milliyə çağırılır?

13:14 10-03-2018
Ufuk Budak milliyə çağırılır?

Türkiyənin "Samsunspor" klubunun müdafiəçisi Ufuk Budak yenidən millimizə dəvət alıb.
Sportmedia.az xəbər verir ki, bu haqda qardaş ölkə mətbuatı məlumat yayıb.
İddia edilir ki, milliləşdirilmiş futbolçu yığmamızın martın 23-də Belarus, 27-də isə Makedoniya ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılıb. Budakın Türkiyə 1-ci liqasının qarşıdakı turunun “Boluspor”la oyunundan sonra Azərbaycan millisinin düşərgəsinə yollanacağı qeyd olunub.
Qeyd edək ki, milli komandamızın çalışdırıcısı Qurban Qurbanov ötən həftə Budakın oyununu izləmək üçün köməkçisi Elçin Rəhmanovu Türkiyəyə göndərmişdi.


.
.
.
0.42442083358765