Klubların və məşqçilərin yeni reytinq siyahısı açıqlanıb

14:33 10-03-2018
Klubların və məşqçilərin yeni reytinq siyahısı açıqlanıb

Klubların yeni reytinq siyahısı açıqlanıb.
Sportmedia.az xəbər verir ki, “clubworldranking”in açıqladığı siyahıda 4 Azərbaycan komandası da yer alıb.
Təmsilçilərimiz arasında ən yaxşı nəticə “Qarabağ”a aiddi. Ağdam klubu 1169 xalla 536-cı sırada qərarlaşıb. "Köhlən atlar" ötən reytinq siyahısıyla müqayisədə 2 pillə irəliləyib. “Keşlə” 758-ci (368), “Qəbələ” 807-ci (255), “Zirə” isə 826-cı pillədə (217) qərarlaşıb.
Siyahıya “Real” (İspaniya) başçılıq edir. “Barselona” (İspaniya) 2-ci, “Qremio” (Braziliya) isə 3-cüdü.
Klub reytinqi ilə yanaşı, məşqçilərin də reytinq siyahısı açıqlanıb. Siyahıda iki azərbaycanlı məşqçi yer alıb. “Qarabağ”ın və millimizin baş məşqçisi Qurban Qurbanov 496-cı, “Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə 989-cu pillədə qərarlaşıb.
“Qəbələ”nin ukraynalı çalışdırıcısı Roman Qriqorçuk isə 936-cı sırada yer alıb.


.
.
.
0.4228401184082