Messi "Malaqa" ilə oyunu buraxmalı olacaq: 3-cü oğlu dünyaya gəldiyinə görə

15:23 10-03-2018
Messi "Malaqa" ilə oyunu buraxmalı olacaq: 3-cü oğlu dünyaya gəldiyinə görə

İspaniya La Liqasında mübarizə aparan “Barselona” klubunun futbolçusu Lionel Messinin üçüncü oğlu dünyaya gəlib.
Sportmedia.az xəbər verir ki, 30 yaşlı argentinalı hücumçu bu səbəbdən bu gün çempionatın 28-ci turu çərçivəsində keçiriləcək “Malaqa” ilə buraxacaq.
Yeni doğulan körpəyə Çiro adı veriləcək.
Qeyd edək ki, Antonella Rokkutso ilə evli olan L.Messinin Tiaqo və Matteo adlı iki oğlu var.
L.Messi cari mövsümdə “Barselona”nın heyətində 41 oyuna çıxıb və 32 qol vurub.
Xatırladaq ki, “Malaqa” - “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


.
.
.
0.3320779800415