Kökçü oynadı, komandası qalib gəldi

16:16 10-03-2018
Kökçü oynadı, komandası qalib gəldi

Hollandiya Birinci Divizionunda 28-ci turun oyunları keçirilir.
Sportmedia.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Ozan Can Kökçünün şərəfini qoruduğu “Valveyk” doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Kökçü start heyətdə başladığı matçın 72-ci dəqiqəsində, hesab 2:2 olarkən əvəzlənib.
Qeyd edək ki, “Valveyk” hazırda 27 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.


.
.
.
0.43495798110962