Samir Abasov: "Komandamızın adına layiqli qələbə oldu"

21:18 10-03-2018
Samir Abasov: "Komandamızın adına layiqli qələbə oldu"

Bu gün Azərbayacan Premyer Liqasının 19-cu turunda “Səbail” “Sumqayıt”ı qəbul edib – 0:1.
Sportmedia.az xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini səsləndirib:
"Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Şükür Allaha ki, bu gün 3 xal əldə etdik. Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi... Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi. Əvvəllər bu duruma düşmədiyimizdən komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. Sevindirici haldı ki, çox yaxşı oynadıq. Məşqlərdəkilərin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq".


.
.
.
0.44223284721375