Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

22:33 10-03-2018
Qurban Qurbanov: "Vacib 3 xal qazandıq"

Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qarabağ” evdə “Zirə”ni məğlub edib - 2:0.
Sportmedia.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm".


.
.
.
0.51009297370911