«Qəbələ»dən 150-ci qələbə, Ozobiçdən 15-ci qol

12:54 11-03-2018
«Qəbələ»dən 150-ci qələbə, Ozobiçdən 15-ci qol

Azərbaycan Premyer Liqasının XIX turu “Qəbələ” üçün əlamətdar olub.
Sportmedia.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qələbəsini qazanıb. Yubiley “Kəpəz”lə Gəncədəki görüşə təsadüf edib. 1:0 hesablı qələbə Premyer Liqadakı 355-ci matçda qeydə alınıb. Bu qələbələrdən 84-ü ev, 66-sı səfər qarşılaşmalarında qazanılıb.
“Qəbələ”nin Premyer Liqadakı əlamətdar qələbələri
1-ci qələbə
2006/07 mövsümü. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) - 0:1
50-ci qələbə
2010/11 mövsümü. 19.05.2011. “Qəbələ” – “Muğan” (Salyan) - 2:1
100-cü qələbə
2014/15 mövsümü. 28.02.2015. “Qarabağ” (Ağdam) – “Qəbələ” - 0:1
150-ci qələbə
2017/18 mövsümü. 09.03.2018. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 0:1
Qələbə qolunun müəllifi olan Filip Ozobiç Premyer Liqada 15-ci qolunu vurub. O, bu göstəricidə Daniel Subotiç və Deon Bartona çatıb. Bu “üçlük” klubumuzun çempionatdakı bombardirləri siyahısında 5-ci yerə şərikdir. Onlar Viktor Mendi (29), Dodo (23), Baqali Dabo (18) və Yannik Kamanandan (16) geri qalırlar.


.
.
.
0.55696296691895