“Neftçi” – “Qarabağ”: 71-ci duel

14:25 11-03-2018
“Neftçi” – “Qarabağ”: 71-ci duel

Martın 14-də Azərbayacan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi” “Qarabağ” klubunu qəbul edəcək.
Sportmedia.az xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da start götürəcək.
“Köhlən atlar” ilə paytaxt təmsilçisi indiyənədək 70 çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərdən 18-də “Neftçi”, 27-də “Qarabağ” qələbə qazanıb. 25 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də “Qarabağ”ın xeyrinədir – 77:63.
Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, hər iki görüşdə Ağdam təmsilçisi qələbə qazanıb. “Bakcell Arena”da 1:3, “Azərsun Arena”da isə 1:0 hesabı qeydə alınıb.


.
.
.
0.44585800170898