"Everton"un baş məşqçisi: "Cenk Tosunun əlinə düşən fürsəti necə dəyərləndirdiyini gördüz?"

15:53 11-03-2018
"Everton"un baş məşqçisi: "Cenk Tosunun əlinə düşən fürsəti necə dəyərləndirdiyini gördüz?"

İngiltərə Premyer Liqasında “Everton”un baş məşqçisi Sem Ellerdays “Brayton”la qarşılaşmada (2:0) qol vuran türkiyəli hücumçu Cenk Tosunu tərifləyib.
Sportmedia.az xəbər verir ki, Ellerdays “Everton”un ikinci qolunun müəllifi olan Tosuna əvvəllər şans verməməsinin səbəbini də açıqlayıb:
“Cenk Tosunun əlinə düşən fürsəti necə dəyərləndirdiyini gördüz? Onun nə edə biləcəyini gördük. Kiçik bir boşluq tapan kimi qol vurdu”.
Bizə “niyə Tosunu aldız, niyə oynatmırsız” sualı verilirdi. Bu, onun hazırlığı ilə bağlı idi. Səbrli hərəkət etdik, Cenk də çox çalışdı. Sonda da səviyyəsini göstərdi.
“Brayton”la görüşün sonlarında hesab 1:0 olsaydı, gərgin anlar yaşayardıq. İkinci qolumuz lazım olan vaxtda vuruldu”.


.
.
.
0.35335898399353