Dadaşov oynadı, komandası qalib gəldi

16:09 11-03-2018
Dadaşov oynadı, komandası qalib gəldi

Almaniyanın Şimal-Şərq Regional Liqasında XXV turun oyunları keçirilib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) səfərdə “Budissa Bautzen” ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb.
Qeyd edək ki, "Dinamo" hazırda 40 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.


.
.
.