Nəsirov oynadı, komandası darmadağın oldu

16:34 11-03-2018
Nəsirov oynadı, komandası darmadağın oldu

Futbol üzrə Portuqaliya Sequndasında 28-ci turun oyunları keçirilib.
Sportmedia.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti oyununa çıxıb. Sözügedən kollektiv səfərdə “Santa Klara” ilə qarşılaşıb. Matç qonaqların böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:4.
Uzun müddətdi yaşıl meydanlardan kənarda qalan Nəsirov da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşün 69-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, "Sportinq" hazırda 31 xalla 20 klub arasında 17-ci pillədə qərarlaşıb.


.
.
.
0.379714012146