Aleks Sandro "Mançester Yunayted"in hədəfində

17:18 11-03-2018
Aleks Sandro "Mançester Yunayted"in hədəfində

İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” “Yuventus”un futbolçusu Aleks Sandronu heyətinə qatmaq niyyətindədir.
Sportmedia.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.
Bildirilir ki, “qırmızı şeytanlar” müdafiəçi üçün 80 miyon avrodan keçməyə razıdı. İngiltərə təmsilçisi 27 yaşlı oyunçunun özünə isə “Yuventus”da aldığı maaşın 2 qatını təklif etməyə hazırlaşır.
Xatırladaq ki, braziliyalı futbolçu 2015-ci ildən “Yuventus”un şərəfini qoruyur.


.
.
.
0.41471791267395