İsrafilov iştirak ərizəsinə daxil edildi

17:54 11-03-2018
İsrafilov iştirak ərizəsinə daxil edildi

İspaniya Sequndasında 30-cu turun oyunları keçirilib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Alkorkon” doğma meydanda “Valyadolid”lə qarşılaşıb. Matçda qol vurulmayıb.
Uzun müddət zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb. Lakin yarımmüdafiəçi, qış fasiləsində transfer olunduğu yeni klubunda ilk dəfə matçın iştirak ərizəsinə daxil edilib və sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, 35 xalı olan “Alkorkon” hazırda 22 kollektiv arasında 17-ci sırada qərarlaşıb.


.
.
.
0.40898609161377