"Sumqayıt" FK-nın ev oyunlarını 10578 azarkeş izləyib

19:04 11-03-2018
"Sumqayıt" FK-nın ev oyunlarını 10578 azarkeş izləyib

Azərbayacan Premyer Liqasında 2017/2018 mövsümünün böyük bir hissəsi arxada qalıb.
Sportmedia.az xəbər verir ki, 19 tur ərzində "Sumqayıt" Futbol Klubu 9 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 31 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
“Gənclik şəhəri” təmsilçisi geridə qalan 19 tur ərzində cəmi 8 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 10578 nəfər azarkeş oyunu tribunalardan izləyib.
"Kapital Bank Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:
1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” FK – “Səbail” (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" (1326 azarkeş)


.
.
.
0.43522787094116