Klub prezidenti meydana silah ilə girdi

11:09 12-03-2018
Klub prezidenti meydana silah ilə girdi

Yunanıstan çempionatında növbəti qalmaqal yaşanıb.
Sportmedia.az xəbər verir ki, yüksək liqanın 25-ci turunda keçirilən PAOK - AEK matçı yarımçıq qalıb.
Belə ki, qarşılaşmanın baş hakimi PAOK-un 90-cı dəqiqədə vurduğu qolu saymayıb. Buna qəzəblənən Saloniki komandasının prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də oyunun baş hakimi matçı yarımçıq dayandırıb.
Keçmiş hakim, hal-hazırda PAOK-un idman direktoru olan Lüboş Mihelin hakimə ən çox etiraz edən adam olmsası, üstəlik referinin yanına gedərək ona "sənin sonun gəldi" deməsi də diqqət çəkən məqamlardan olub.


.
.
.
0.40203785896301