“Beşiktaş”ın yeni transfer hədəfi

16:13 12-03-2018
“Beşiktaş”ın yeni transfer hədəfi

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” heyətini gənc futbolçularla gücləndirmək üçün çalışmalara başlayıb.
Sportmedia.az xəbər verir ki, bu haqda “Akşam” məlumat yayıb.
Bildirilir ki, “qara qartallar” Hollandiyanın NEK klubunun futbolçusu Fərdi Kadıoğlu və “Braunşveyq”in şərəfini qoruyan Əhməd Canbazla maraqlanır. İstanbul təmsilçisinin rəhbərliyi klubu ilə 2021-ci ilə qədər müqaviləsi olan 18 yaşlı Kadıoğlu üçün 1.5 milyon avro ödəməyə hazırdı. 19 yaşlı Canbazın isə “Beşiktaş”a keçməyə müsbət yanaşdığı qeyd edilir.


.
.
.
0.4276659488678