"Qarabağ"da ciddi itki

17:11 12-03-2018
"Qarabağ"da ciddi itki

Azərbaycan Premyer Liqasının 20-ci turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” oyuna ciddi itki ilə çıxacaq.
Sportmedia.az xəbər verir ki, Miçel Madera paytaxt təmsilçisi ilə matçda komandasına kömək edə bilməyəcək.
Belə ki, Premyer Liqanın 19-cu turunda “Zirə”yə qarşı keçirilən qarşılaşmada sarı vərəqə alan ispan futbolçu cəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, “Neftçi” - “Qarabağ” oyunu martın 14-də saat 18:00-da start götürəcək.


.
.
.