Azərbaycan millisinə dəvət olunan Türkiyə klubunun futbolçusu zədələnib

12:53 13-03-2018
Azərbaycan millisinə dəvət olunan Türkiyə klubunun futbolçusu zədələnib

Uzun müddət sonra yığmamıza dəvət alan "Samsunspor"un futbolçusu Ufuk Budak millimizə qoşulmaya bilər.
Sportmedia.az xəbər verir ki, oyunçunun zədə problemi var. 28 yaşlı futbolçu Türkiyə I Liqasının son turunda "Qaziantepspor"la oyunda zədələnib. Qasıq nahiyyəsində problem olan Ufuk "Boluspor"la oyuna yetişməyə bilər. Futbolçunun zədəsi uzun zaman alsa, yığmamızın martın 23-də Belarus və həmin görüşdən 4 gün sonra keçiriləcək Makedoniya ilə qarşılaşmalara dəvət almayacaq.


.
.
.
0.42285919189453