FİFA Yunanıstanı hədələdi

14:09 13-03-2018
FİFA Yunanıstanı hədələdi

FİFA Yunanıstan futbolunda baş verən zorakılıq halları ilə bağlı narahatlıq keçirir.
Sportmedia.az xəbər verir ki, FİFA AEK-PAOK oyununda baş verən ixtişaşlardan sonra Yunanıstana xəbərdarlıq edib. Ali futbol qurumu futbol oyunlarında zorakılığın qarşısının alınması üçün lazımi tədbirlər görməyə çağırıb.
FİFA bildirib ki, əks halda, Yunanıstan bütün beynəlxalq turnirlərdən uzaqlaşdırılacaq.
AEK-PAOK matçında qonaqların vurduğu qol hesaba alınmadığına görə PAOK-un prezidenti İvan Savvidi meydana tapança ilə girərək, hakimləri hədələmişdi.
Bu hadisədən sonra Yunanıstan hakimiyyəti ölkə çempionatının qarşılaşmalarını qeyri-müəyyən müddətə təxirə salıb.


.
.
.
0.31010293960571