Rəhman Hacıyev: "Meydana 3 xal üçün çıxacağıq" (VİDEO)

17:25 13-03-2018
Rəhman Hacıyev: "Meydana 3 xal üçün çıxacağıq" (VİDEO)

"Neftçi” PFK Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ” klubu ilə oyunun hazırlığını davam etdirir.
Sportmedia.az xəbər verir ki, komanda bu gün "Bakcell Arena”da məşq keçib. Yarımmüdafiəçi Rəhman Hacıyev Neftçi TV-yə açıqlamasında "Qarabağ”la oyun öncəsi fikirlərini bildirib:
"Sabah bizi çox çətin oyun gözləyir. İki oyundur qələbə qazanırıq. Komandada inam və istək var. Hər şey qaydasındadır. Meydana 3 xal üçün çıxacağıq. İnşallah, qələbə qazanarıq. Komandama inanıram”.
Xatırladaq ki, martın 14-də "Bakcell Arena”da olacaq "Neftçi” – "Qarabağ” oyunu saat 18:00-da başlanacaq.


.
.
.
0.32112407684326